AZ

İnsan qatili - Fransa diplomatiyasının RƏZALƏTİ 

2015-ci ildən Fransada yaşayan Vidadi İsgəndərli bir neçə gün əvvəl yaşadığı evdə hücuma məruz qalıb və sentyabrın 29-da yaşadığı Myuluz şəhərində yerləşən xəstəxanada ölüb. Vidadi İsgəndərlinin qardaşının dediyinə görə, maskalı üç nəfər onun yataq otağına daxil olub və onu bıçaqlayıblar.

 

Hadisə Fransada baş verməsinə və cinayət olmasına baxmayaraq, Azərbaycanın daxilində və xaricində yaşayan bir qrup şəxs Vidadi İsgəndərlinin öldürülməsini siyasiləşdirib və Azərbaycana qarşı istifadə etməyə başlayıb. 


Hadisənin baş vermə və sair səbəbləri açıqlanmadan, Vidadi İsgəndərlinin ölümü bəziləri tərəfindən sui-istifadə edilir. Və bu şəkildə yanaşma həm də qətlin məqsədli şəkildə törədildiyini deməyə əsas verir. Az qala Vidadi İsgəndərlini qəhrəmana çevirən qüvvələr onun ölümünü ucuz şouya çevirərək Azərbaycanın üzərinə yönəltmək istəyirlər. 

 

Şübhəsiz ki, Azərbaycana qarşı təbliğat-təxribat kampaniyasının başında Fransanın özü durur. 
İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsini həzm edə bilməyən Paris ən xırda hadisələri belə siyasiləşdirməkdən, Azərbaycana qarşı sui-istifadə etməkdən çəkinmir və bunu açıq etiraf edir. 
Fransa bir tərəfdən Ermənistanı silahlandırır, onu yeni müharibəyə təhrik edir, digər tərəfdən Azərbaycana qarşı beynəlxalq kampaniya aparır. 


Vidadi İsgəndərlinin öldürülməsindən sonra başlayan dezinformasiya kampaniyasını da Fransanın başlatdığı təbliğatın tərkib hissəsi kimi qiymətləndirmək olar. Öz aləmində qətl hadisəsindən guya Azərbaycanın beynəlxalq imicinə zərbə kimi istifadə edirlər. Halbuki 44 günlük Vətən savaşından sonra Azərbaycana qarşı maşa qismində istifadə edilən dırnaqarası azərbaycanlıların hər hansı davranışı ölkəmizdə zərrə qədər maraq doğurmur. Hərbdə, diplomatiyada dünya nəhənglərinə sözünü deyən Azərbaycan xalqı üçün prioritet ölkəmizin bütövlüyüdür. 

 

Odur ki, hadisələrin gedişi və sonrakı üzə çıxan detallar onu deməyə əsas verir ki, azərbaycanlı mühacirin ölümünün səbəblərini məhz Fransanın xarici siyasətində axtarmaq lazımdır. 


Fransa son illərdə artan radikalizm və zorakılıq halları ilə müşayiət olunan Avropa ölkələrindən biridir. Yəqin bunun qarşısını ala bilməyən Fransa səbəbi Azərbaycanın üzərinə yönəldəcək.


Xüsusilə miqrantlara qarşı olan zorakılıq halları artıb və cəmiyyətdə onlara qarşı dözümsüzlük hissi güclənib. 
Fransa hakimiyyətinin, başda Emmanuel Makron olmaqla bütün hökumət üzvlərinin əcnəbilərə qarşı sərt ritorikası zorakılıq hallarının artmasına səbəb olur. 


Fransada yaşayan miqrantların bir çoxu fransalı radikallar, həmçinin kriminal qruplaşmaların hədəfinə çevrilirlər. Bu vəziyyət ölkədəki təhlükəsizliyin zəiflədiyini və sosial problemlərin dərinləşdiyini göstərir.

 

Fransada son illərdə baş verən zorakılıq hallarına misal olaraq miqrantlara qarşı artan hücumları göstərə bilərik. Məsələn, bu ölkədə 2019-cu ildə Suriyadan gələn bir mühacir qətlə yetirildi və hadisə sosial gərginliklərə səbəb oldu. Bu qətllərin əksəriyyəti siyasi motivlərlə yox, kriminal və radikal səbəblərlə bağlıdır. Ya da Fransanın öz istəyilə baş verir bu hallar. Fransa hökuməti radikalizm meyillərinin artmasına qarşı heç bir tədbir görmür və görünür, əksinə onların ölümündən başqa ölkələrə qarşı sui-istifadə etmək şakəri yeni-yeni ölümlərə yol açır.

 

Fransa daxilində həm sağ radikal qruplar, həm də digər ekstremist təşkilatlar zorakılıq hallarını artırır, hakimiyyət onların qarşısını almaq əvəzinə odun üzərinə “benzin tökür”. Zorakılıq aktları bir tərəfdən cəmiyyətin müxtəlif təbəqələri arasında nifrəti artırır, digər tərəfdən miqrantlara qarşı təzyiqlərin daha da güclənməsinə səbəb olur. 
Yeri gəlmişkən, Vidadi İsgəndərli 2022-ci ildə də Fransada hücuma məruz qalmışdı. “Mən yaşadığım məhəllədən dörd məhəllə aralıda "narkobaron" deyilən yer var. Aldığımız məlumata görə, hücum edənlər oranın uşaqlarıdır. Yəni cinayət törədən onlardır", - o, həmin vaxt mətbuata açıqlamasında bildirmişdi.

Fransanın bu hadisəni beynəlxalq arenada Azərbaycan əleyhinə istifadə etməsi bu ölkənin Azərbaycana qarşı təxribatçı mövqeyindən irəli gəlir. 


Qərb mediası, xüsusilə də Fransa mətbuatı hər zaman Azərbaycanla bağlı məsələlərdə qərəzli mövqe tutur. Bu mövqe Fransanın Cənubi Qafqazda olan siyasi maraqları və ermənipərəstliyi ilə sıx bağlıdır. Burada erməni lobbisinin fəaliyyəti də danılmazıdır. Fransanın Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri və beynəlxalq səviyyədə təbliğat kampaniyasının kökündə də məhz onun ermənipərəstliyi dayanır.

 

Fransa və bəzi Qərb ölkələri Vidadi İsgəndərlinin qətlini “siyasi terror” kimi qələmə verməklə Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağa çalışır. Bu hadisələr özünü “beynəlxalq arenanın nəhəngi “ kimi təqdim edən Fransanın cılızlığını göstərir. Görünür, Paris Azərbaycana qarşı siyasi mübarizədə məğlubiyyətini qəbul etmək istəmir və təxribata üstünlük verir. Heç bir şübhə yoxdur ki, Fransa tezliklə bu ölkədə yaşayan erməni aktivistlərdən biri də “öldürüb” günahı Azərbaycanın üzərinə atacaq.

 

Xatırlatmaq yerinə düşər ki, bir neçə il əvvəl Fransada yaşayan Məhəmməd Mirzəlinin də küçədə bıçaqlanmasına görə Azərbaycana qarşı qarayaxma kampaniyası başlamışdı. Lakin tezliklə həqiqət üzə çıxdı və kampaniya "suya düşdü". Paris eyni şounu bu dəfə Vidadi İsgəndərli üzərindən aparmağa cəhd göstərir. 

 

Nəticə etibarilə, Vidadi İsgəndərlinin qətli Fransa dövlətinin zamanında qanadı altına aldığı əcnəbi millətin nümayəndələrinin indi öz siyasətinə qurban verməsidir. 


Özünü sözdə Avropanın siyasi və hüquqi mərkəzi kimi sırımağa çalışan Fransa baş verən olayın açılmasını gözləmədən idarəçiliyində olan medianı bir alət kimi işə salaraq ölkəmizə qarşı qarayaxma kampaniyası aparır.
Amma  bu özfəaliyyət güclü Azərbaycan üçün, onun imicini zədələmək üçün "külək qayadan nə aparacaq" misalını xatırladır. Fransa ərazisində baş verən kriminal hadisədən utanmaqdansa, bunu Azərbayacana qarşı qara piara çevirir.

Seçilən
23
modern.az

1Mənbələr