HƏMAS Siyasi Şurasının üç üzvü Ravi Müştəha, Sameh əs-Sərrac və Sami Odeh İsrail ordusunun 3 ay əvvəl həyata keçirdiyi əməliyyat zamanı məhv edilib.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusu və Şin Betin bu gün yaydığı məlumatda qeyd olunub.
Məlumata görə, həyata keçirilən aviazərbələr zamanı hər 3 lider Qəzzanın şimalındakı tuneldə olublar.
Qeyd edək ki, Ravi Müştəha HƏMAS lideri Yəhya Sinvanın ən yaxın adamlarından biri sayılırdı.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun