AZ

Bayden İsrailin İranın neft obyektlərinə mümkün hücumdan danışdı

“İsrailə icazə vermirik, məsləhət veririk. Bu gün heç nə olmayacaq. Bu barədə sonra danışacağıq".

“İki sahil” xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden, "İsrailə İrana cavab verməyə icazə verəcəksinizmi?" sualına cavabında deyib.

O, İsrailin İranın neft obyektlərinə mümkün hücumu ilə bağlı sualına cavabında deyib ki, hazırda bunu müzakirə edirlər.

ABŞ prezidentinin açıqlamalarından sonra dünya bazarında neftin qiyməti bahalaşıb.

“Brent” markalı neftin barrel qiyməti 4,68 faiz artaraq 77,36 dollar olub. “West Texas Intermediate” (WTI) markalı xam neftin qiyməti də 4,96 faiz artaraq 73,58 dollar/barel təşkil edib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
25
ikisahil.az

1Mənbələr