AZ

Ali Yerlikaya: Naxçıvan Sazişinin imzalanmasından ötən 15 ildə əməkdaşlıq əlaqələrimizin inkişafına şahid olduq

Ali

Ankara, 4 oktyabr, Günel Karatepe, AZƏRTAC

“Türk Dövlətləri Təşkilatının (TDT) təməlinin atıldığı Naxçıvan Sazişinin imzalanmasından ötən bu 15 ildə sadəcə ikitərəfli deyil, çoxtərəfli əməkdaşlıq əlaqələrimizin də inkişafına şahid olduq. Enerji, nəqliyyat, texnologiya kimi bir çox sahədə ortaq layihələrin icrasına imza atdıq. Türkdilli dövlətlərin ortaq 2040 baxışı əsasında qurulan çoxtərəfli əməkdaşlığımızın inkişafından məmnunluq duyuruq”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Ankarada təşkil olunan “Türk Dövlətləri Təşkilatının yaradılması haqqında Naxçıvan Sazişinin 15 illiyi” və “3 Oktyabr - Türk Dövlətləri Əməkdaşlıq Günü” ilə bağlı tədbirdə çıxışı zamanı bildirib.

Nazir deyib ki, köklü tarixi və bəşəri bağları olan TDT ölkələrinin daxili işlər nazirlərinin ilk toplantısı bu il sentyabrın 6-da Qırğızıstanda keçirildi. “Növbəti toplantımızı gələn il can Azərbaycanda həyata keçirəcəyik. Qarşıda qət etməmizin vacib olduğu yolar var. Qlobal sınaqlardan keçdiyimiz bu dövrdə ortaq fəaliyyətlərimizi daha da artırmalıyıq. Gələcəyə olan baxışımızda TDT-nin mühüm töhfələr verəcəyinə inanırıq. Türk birliyinin daha da sıxlaşdırılması üçün bütün səylərimizi göstərməyə davam edəcəyik”, - deyə Yerlikaya bildirib.

Seçilən
33
1
azertag.az

2Mənbələr