Bakı. Trend:
ABŞ prezidenti Co Bayden hesab edir ki, Yaxın Şərqdəgenişmiqyaslı münaqişənin qarşısını almaq olar.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti jurnalistlərəaçıqlamasında bildirib.
"Genişmiqyaslı müharibənin olacağını düşünmürəm. Düşünürəm ki,bundun qarşısını ala bilərik. Ancaq bunun baş verməsi üçün daha çoxişlər görülməlidir", - deyə C.Bayden bildirib.
Amerika lideri ABŞ-nin İsrailə kömək üçün qoşun göndərilməsi iləbağlı suala aydın cavab verməyib. "Biz artıq İsrailə kömək etmişik.Biz İsraili qoruyacağıq", - deyə o qeyd edib.