AZ

Füzulidə əməliyyat zamanı 3 kq-də artıq tiryək, metamfetamin aşkarlanıb - DİN

Bakı. Trend:

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyatakeçirilən tədbir zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsindəşübhəli bilinən Ramil Yusifov saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər NazirliyininMətbuat Xidməti məlumat verib.

Məlumata əsasən, ondan 3 kiloqramdan artıq tiryək, metamfetaminvə 100 ədəd metodon həbi aşkarlanıb. R.Yusifov narkotik vasitələrimaddi maraq qarşılığında şəxsiyyəti istintaqla araşdırılan İranvətəndaşından əldə etdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsindəhəbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Seçilən
25
18
az.trend.az

10Mənbələr