AZ

Sumqayıt-Bakı qatarında texniki problem olub

Bu gün səhər saatlarında Sumqayıtdan Bakıya gələn sürət elektrik qatarının qapılarında texniki problem yaranıb.

Bu barədə Aktual.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

Məlumata görə, sərnişinlər stansiyalardan birində düşürülüb və digər qatara mindirilib.

Hazırda Abşeron dairəvi dəmir yolu xəttində qatarlar qrafik üzrə hərəkət edir.

Seçilən
9
22
ulusum.az

10Mənbələr