Türkiyədə 7 nəfər göbələkdən zəhərlənib.
Bakupost.az xəbər verir ki, hadisə Çorumda baş verib.
Şəhər mərkəzində 2, Osmancık rayonunda 1, Bayat rayonunda isə 4 nəfər topladıqları göbələkləri yedikdən sonra halları pisləşib.
Ürəkbulanma və qusma şikayəti ilə xəstəxanaya müraciət edən 7 nəfərə tibbi yardım göstərilib.
Səlahiyyətlilər təbiətdən toplanan göbələklərlə diqqətli olmaq barədə xəbərdarlıq edib.
Elnur
BakuPost