AZ

Türklər əmindirlər: İsrailin ərazi iddiaları var

Türkiyənin “Areda Survey” araşdırma şirkəti 1100 nəfərin iştirak etdiyi yeni sorğu keçirib.

Publika.az xəbər verir ki, sorğu iştirakçılarına “İsrailin Türkiyə ərazisi ilə bağlı ambisiyaları varmı?” sualı verilib. Respondentlərin 89%-i müsbət, 10,6% isə mənfi cavab verib.

Sorğu İsrailin Livana daxil olmasından, İranın İsrailə raket zərbələri endirməsindən sonra keçirilib.

Oxşar sorğu 2023-cü ilin dekabrında da keçirilib, o zaman iştirakçıların 81,6%-i suala müsbət, 18,4%-i isə mənfi cavab verib.

Müvafiq olaraq, sorğunun nəticələri əvvəlki ilə müqayisədə xeyli artıb.

Seçilən
11
1
publika.az

2Mənbələr