Türkiyənin məşhur kino və teatr aktrisası Sumru Yavrucuk ilk dəfə Bakıya gəlib.
Milli.Az olay-a istinadən bildirir ki, sənətçi 5 oktyabrda gerçəkləşəcək monotamaşası "Shirley Valentine" üçün ölkəmizə təşrif buyurub.
"Gördüyüm ən sakit paytaxtdır. Buranın çox özəl ruhu var", - deyə, Bakı haqda fikirlərini bildirən sənətçi Azərbaycanda Dövlət Akademik Musiqili Teatrında tamaşaçıların qarşısına çıxacaq.
Gecəyə bahalı biletlərin böyük qismi satılsa da, hələ də iticket platformasına müraciət edərək tədbirə qatılmaq mümkündür.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun