AZ

“Sabah” Avropa kuboku üçün iştirak ərizəsini təqdim etdi

Kişi basketbolçulardan ibarət “Sabah” klubunun Avropa kuboku üçün iştirak ərizəsi bəlli olub.

Fanat.Az xəbər verir ki, təmsilçimiz FİBA-ya 16 oyunçu sifariş edib.

Baş məşqçi Rimas Kurtinaytis qitəmiqyaslı turnirdə Kam Ron, Klavs Kavars, Aydın İbrahimov, Tariyel Yusifzadə, Artyoms Butyankovs, Trevon Duval, Hassani Qravett, Əkbər Məmmədov, Mihael Holton, Cəbrayıl Əkbərov, Deandre Balduin, Endar Poladxanlı, Andrey Voynayoviç, Əlikamran Məmmədov, Ramiz Quliyev və Şirzad Şirzadova güvənəcək. Məşqçilər korpusunda mütəxəssisə Aurimas Yesilyonis və Qoran Milyeviç kömək edəcəklər.

Qeyd edək ki, “Sabah” qrup mərhələsində ilk oyununu oktyabrın 9-da Belçikada “Spirou”ya qarşı keçirəcək.

Seçilən
7
3
fanat.az

4Mənbələr