AZ

Azərbaycanın məqsədi ədalət və bərabərliyə əsaslanan enerji keçidinə nail olmaqdır - Energetika naziri (FOTO)

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazov Braziliyanın G20-yə sədrliyiçərçivəsində Foz do İquaçu şəhərində keçirilən “Təmiz Enerji vəİnnovasiyalar üzrə Nazirlər” iclasında çıxış edib.

Energetika Nazirliyindən Trend-ə bildirilib ki, Braziliyanın G20və COP platformaları vasitəsilə təmiz enerjiyə sürətli keçiditəşviq edən mühüm bir missiya yerinə yetirdiyini vurğulayan nazirCOP29-a ev sahibliyi edəcək Azərbaycanın ədalət və bərabərliyəəsaslanan, bütün ölkələrin faydalana biləcəyi enerji keçidinə nailolmaq məqsədi və bu xüsusda təşəbbüslərindən bəhs edib. Bunun üçünAzərbaycanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr,müxtəlif tərəflər arasında körpü olmaqla həmrəylik əsasındabalanslaşdırılmış nəticə əldə etməyə, iqlim maliyyəsini artırmağa,enerji keçidi qarşısında maneələri aradan qaldıran yeni təşəbbüs vəöhdəliklərin qəbuluna çalışdığı qeyd olunub. Bildirilib ki,Azərbaycanın təşəbbüskarı olduğu COP29-un “Yaşıl Enerji üzrə Zonavə Dəhlizlər Vədi” zəngin bərpa olunan enerji resursları olanbölgələrdə sıfır emissiyalı “yaşıl enerji məkan”larının, eləcə dəxərclərin azalmasına yol açan uzun məsafələrdə enerji təchizatıüzrə tələb və təklif mərkəzləri arasında müxtəlif ötürücüinfrastrukturlarının yaradılması üzrə fəaliyyətimizdən irəligəlir.

Ölkəmizin elektrik enerjisinin istehsal gücündə bərpa olunanenerjini 2 dəfədən çox artıraraq 33%-ə çatdıran 2 QVt-lıqstansiyaların enerji sisteminə inteqrasiyası və 2030-cu ilədək 5QVt güclərin ixraca yönəldilməsi ilə bağlı yaşıl kursumuzun “QlobalEnerji Anbarları və Şəbəkələri Öhdəliyi” təşəbbüsünüformalaşdırdığı da diqqətə çatdırılıb. “Enerji keçidinin “onurğasütunu” olacaq şəbəkə infrastrukturunun inkişafı üçün qlobalenerjinin saxlanılması potensialını altı dəfə artıraraq 2030-cu iləqədər 1 500 qiqavata çatdırmağı, 2040-cı ilə kimi ümumilikdə 80milyon kilometrdən çox elektrik şəbəkəsinin əlavə edilməsini və yatəkmilləşdirilməsini təklif edirik. Daha bir təşəbbüsümüz isətransformativ inkişaf və enerji təchizatçısı gündəliyimizin əsaskomponentlərindən olan hidrogenlə bağlıdır. Azərbaycan “yaşılenerji” ölkəsinə transformasiyada qətiyyətlidir və qlobal enerjikeçidini irəli aparmaq əzmindədir,”-deyə nazir əlavə edib.

Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Seçilən
11
9
az.trend.az

10Mənbələr