AZ

Bakı-Şamaxı-Yevlax yolunun bir hissəsi bağlanacaq

M-4 Bakı-Şamaxı-Yavlax avtomobil yolunun 264-cü kilometrində (Yevlax, Xaldan kəndi ərazisi) quraşdırılması nəzərdə tutulan elektron tərəzi sistemi quraşdırılacaq.  

Manset.az xəbər verir ki, M-4 Bakı-Şamaxı-Yavlax avtomobil yolunun 264-cü kilometrində (Yevlax, Xaldan kəndi ərazisi) quraşdırılması nəzərdə tutulan elektron tərəzi sistemi işlərinin başladılması ilə əlaqədar 04 oktyabr 2024-cü il tarixdən başlayaraq təqribən 1,5 ay müddətində nəqliyyat vasitələrinin hərəkəti qismən (fasilələrlə) məhdudlaşdırılaraq 500 metr məsafədə kənardankeçmə yolu ilə təşkil ediləcək.

Seçilən
4
19
manset.az

10Mənbələr