AZ

İranda 5 il sonra ilk!

Bu gün İranın ali lideri Seyid Əli Xamenei Tehranda cümə moizəsi mərasimini özü keçirəcək.

“Qafqazinfo” “Mehr” agentliyinə istinadən xəbər verir ki, paytaxt əhalisi mərasimdə iştirak etmək üçün İmam Humeyni məscidinə toplaşıb. 

Ölkə Prezidenti Məsud Pezeşkian və digər rəsmi şəxslər də tədbirdə iştirak edir.

Cümə namazından əvvəl İsrailin Livana avizərbələri nəticəsində ölən “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullah üçün anıma mərasimi təşkil edilib.

KİV-in məlumatına görə, bu, Xameneinin 5 ildən sonra ilk moizəsi olacaq. O, sonuncu dəfə 2020-ci ilin yanvarında cümə moizəsinə başçılıq edib. Bu, İslam İnqilab Keşikçiləri Korpusunun komandiri Qasım Süleymaninin ABŞ-nin Bağdada zərbəsi nəticəsində ölümündən sonra baş vermişdi.

Seçilən
27
2
qafqazinfo.az

3Mənbələr