AZ

Azərbaycan yığmasının rəqibləri bilindi

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi AVRO-2025-in seçmə mərhələsinə yanvarda start verəcək.

Futbolpress.az xəbər verir ki, belə ki, reytinq cədvəlinin 27-ci sırasında qərarlaşan komandamız bu dəfə ilkin mərhələdən yarışacaq. Komandalar artıq səbətlərə bölünüb, püşkatma isə oktyabrın 31-də keçiriləcək. Millimiz öz qrupunun birinci komandası olacaq.

Reytinq cədvəlində yer alan 35 komandadan 10-u ilkin mərhələdə iştirak edəcək. Onlar 3 səbətə bölünəcəklər. Səbətlərdən 2-də 3, birində 4 komanda yer alacaq. Yalnız qrup birinciləri əsas mərhələyə vəsiqə qazanacaq. İlkin mərhələnin oyunları gələn il yanvarın 21-dən 26-dək keçiriləcək. Əsas mərhələdə isə 28 komanda 4 qrupda mübarizə aparaxaq. Bu mərhələnin oyunları 25-30 mart tarixlərində keçiriləcək. Yekunda qrup qalibləri final mərhələsinə yüksələcək. Final mərhələnin oyunları gələn il 28 sentyabr – 5 oktyabrda Moldovanın paytaxtı Kişinyovda təşkil olunacaq.

1-ci səbət

Gürcüstan

Azərbaycan

Şimali Makedoniya

2-ci səbət

Kosovo

Litva

Cəbəllütariq

3-cü səbət

Malta

Almaniya

San Marino

Estoniya

Seçilən
13
11
futbolpress.az

10Mənbələr