AZ

YARDIMA ÇAĞIRIŞ: 16 yaşlı Əjdər kəskin limfoblast leykozdan əziyyət çəkir - FOTO

YARDIMA
16 yaşlı Əjdər Quluzadə kəskin limfoblast leykozdan əziyyət çəkir. Anası Təranə Quliyevanın sözlərinə görə, oğlu keçən il aprelin 3-dən bəri Milli Hematologiya və Transfuziologiya Mərkəzində müalicə alır.
“Övladıma təcili ilik köçürülməlidir. Müalicələri bitib. Həkim deyir, kimyaterapiyaya ehtiyac yoxdur, çünki bədəni tab gətirmir. Donoru Türkiyədədir. Amma bizim maddi imkanımız yoxdur. Övladım çox ağır mərhələlərdən keçib. Yenidən eyni vəziyyətə düşməyini istəmirəm. Əgər yenidən o vəziyyətə düşsə, sağalma ehtimalı çox azdır. Vaxt azdır, vəziyyəti isə kritikdir. Bizə təcili 100 min manat vəsait lazımdır. Pul toplanan kimi Türkiyəyə getməliyik”. Ailə ilə əlaqə: 070 300 39 96 Bank kartı: 4127 2093 0252 1627
Seçilən
12
1news.az

1Mənbələr