AZ

Ronaldonun komandası İrana getmək istəmir

"Əl-Nəsr" Yaxın Şərqdəki gərgin vəziyyətə görə Asiya Çempionlar Liqası oyunu üçün İrana getmək istəmir.

Publika.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Kriştiano Ronaldonun çıxış etdiyi “Əl-Nəsr” oktyabrın 22-də Tehranda “İstiqlal”la qarşılaşacaq. Mənbənin sözlərinə görə, ərəb komandası ora getməkdən imtina edir.

İsraildən gələn təhdidləri nəzərə alsaq, bu, bölgənin ən təhlükəli şəhərlərindən biri ola bilər və klub komandanın təhlükəsizliyini pozmaq istəmir.

Seçilən
10
publika.az

1Mənbələr