AZ

Dünyanın ən varlı üç adamının reytinqində dəyişiklik olub

Platformalar “Meta” şirkətinin həmtəsisçisi və sədri Mark Zukerberq (Rusiyada ekstremist kimi tanınıb və qadağan edilib) Amazonun qurucusu Ceff Bezosu geridə qoyaraq ilk dəfə dünyanın ən varlı adamlarının reytinqində ikinci yerə yüksəlib.

Editor.az bunu Bloomberg Billionaires Index-in məlumatları istinadla xəbər verir.

Müsbət maliyyə hesabatından sonra şirkətin səhmləri hər səhm üçün 582,77 dollara yüksəldiyindən Zukerberqin sərvəti 206 milyard dollara yüksəlib. Hazırda Bezosun 205 milyard dollarlıq sərvəti var. İlin əvvəlindən Zukerberq sərvətini 78 milyard dollar artırıb; Bu, BBI-nin izlədiyi dünyanın ən zəngin 500 adamı arasında ən böyük artımdır. Doqquz ay əvvəl iş adamı reytinqdə altıncı yerdə idi. Bloomberg reytinqinə Tesla-nın yaradıcısı, SpaceX və X sosial şəbəkəsinin (keçmiş Twitter) sahibi İlon Mask başçılıq edir. Onun sərvəti 256 milyard dollar qiymətləndirilir. Sahibkar üçüncü ildir ki, ABŞ-ın ən zəngin adamı olaraq qalır

//Gülnarə Abasova, Editor.az

Seçilən
5
2
editor.az

4Mənbələr