AZ

Həmin müəllim işdən çıxarıldı

Naxçıvanda əmək intizamını və “Təhsilverənlərin etik davranış Qaydaları”nı pozan müəllim vəzifəsindən azad olunub, onun işlədiyi məktəbin direktoruna töhmət verilib.Metbuat.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası (MR) Təhsil Nazirliyinin məlumatına əsasən, sosial şəbəkələrdə Naxçıvan Şəhər Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbdə əmək intizamının və etik davranış qaydalarının pozulması ilə bağlı yayılan məlumatlar nazirlik tərəfindən araşdırılıb.Araşdırma nəticəsində məlum olub ki, Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Səriyyə Nurəddin qızı Qənbərova məktəbdə sinif rəhbəri vəzifəsi və həftəlik 26 saat dərs yükü ilə təmin olunub.S.Qənbərova 2024-cü ilin sentyabr ayı ərzində əmək intizamını pozaraq işə çıxmamış, tədris başladıqdan sonra üzrlü səbəb olmadan cədvəl üzrə dərslərinin tədris etməyib.Həmçinin S.Qənbərova müxtəlif sosial şəbəkələrdə və saytlarda paylaşdığı məlumatlarla, eyni zamanda müəssisədə insident yaratmaqla “Təhsilverənlərin etik davranış Qaydaları”nı kobud surətdə pozub.Əmək qanunvericiliyinin və “Təhsilverənlərin etk davranış Qaydaları”nın tələblərini pozması səbəbindən məktəbin pedaqoji və Məktəb Həmkarlar İttifaqı Komitəsinin qərarı ilə təhsil müəssisəsinin rəhbərliyi tərəfindən S.Qənbərova ilə bağlanan əmək müqaviləsinə xitam verilib.Eyni zamanda məktəbdə pedaqoji mühitə səmərəli nəzarətin təşkilində aşkarlanmış nöqsanlara görə Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri tərəfindən məktəbin direktoruna töhmət verilib, təlim-tərbiyə işləri üzrə direktor müavininə yazılı xəbərdarlıq elan edilib.

Xatırladaq ki, bir müddət əvvəl Səriyyə Qənbərova məktəbin işçiləri ilə qalmaqal yaşadığı görüntülər sosial mediada yayılmışdı. Müəllimə iddia edirdi ki, məktəbin xadimələri direktor ilə əlbir olub onu sinif otağına buraxmırlar.

Seçilən
66
49
metbuat.az

8Mənbələr