AZ

Kavani Argentina klubunda qalacaq

“Boka Xuniors”un hücumçusu Edinson Kavani gələcəyi ilə bağlı qərar verib.

Apasport.az xəbər verir ki, uruqvaylı futbolçu Argentina klubu ilə əməkdaşlığını uzatmaq qərarına gəlib.

Tərəflər arasındakı yeni müqavilə 2025-ci ilin sonuna kimi qüvvədə olacaq.

37 yaşlı hücumçunun transfer dəyəri 1 milyon avro olaraq qiymətləndirilir.

Kavani karyerasını “Boka Xuniors”da bitirməyi planlaşdırır. O, bu il Argentina çempionatında 19 oyun keçirib, 9 qol vurub.

Olmonun zədədən qayıdacağı vaxt bəlli olub

Mourinyo Premyer Liqaya qayıda bilər

Joze Mourinyo: “Bu, hər matçda başımıza gəlir”

Okan Buruk: "Ölkəmizdən üzr istəyirik"

“Mançester Yunayted”dən Maquayr qərarı

Seçilən
9
2
apasport.az

3Mənbələr