AZ

İcra başçısı Qədimkənd sakinləri ilə görüşdü - Fotolar

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Qədimkənd kənd sakinləri ilə səyyar görüş keçirib. ⠀⠀ ⠀⠀⠀

“Qafqazinfo” xəbər verir ki, vətəndaş qəbulunda şəhid ailələri, qazilər və kənd sakinləri iştirak edib.

M.Seyidov çıxış edərək bildirib ki, Azərbaycanın daxili və xarici siyasəti müstəqillik prinsipinə əsaslanan və milli maraqların qorunmasına xidmət edən dövlət strategiyasına əsaslanır. Məhz elə buna görədir ki, artıq regionda güc mərkəzinə çevrilən Azərbaycanın beynəlxalq mövqeyi davamlı olaraq daha da möhkəmlənir, ölkəmiz beynəlxalq münasibətlər sistemində özünə layiq yer tutmaqla günü-gündən nüfuzunu daha da artırır. Təbii ki, bunun da əsasında güclü siyasi iradəyə söykənən müstəqil strateji kurs dayanır.  Prezident İlham Əliyev ölkəmizi regionda ən güclü dövlətlər sırasına gətirib və bu gün ölkəmiz regionun əsas dövlətlərindən birinə çevrilib.

RİH-nin başçısı möhtəşəm zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamı məhz məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək, Azərbaycan xalqının milli-mənəvi dəyərlərini, haqqını özünə qaytarmaq vəzifəsidir. 

İcra başçısı Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarına məlumat verib.

Səyyar qəbul zamanı vətəndaşlar içməli su bulaqlarının sayının artırılması, kənddaxili avtomobil yolunun təmir olunması və digər məsələlər ilə əlaqədar müraciətlərini səsləndiriblər. Vətəndaşların səsləndirdikləri müraciətlər ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə olunub və həllinin araşdırılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib. 

Qeyd edək ki, vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.





Seçilən
106
8
qafqazinfo.az

10Mənbələr