AZ

Makron Paşinyanı Azərbaycanla sülhü mümkün qədər tez imzalamağa çağırıb

Oktyabrın 3-də Parisdə Fransa prezidenti Emmanuel Makron ilə  Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü olub. Fransa prezidentinin mətbuat xidmətinin məlumatında deyilir ki, Makron Ermənistanın suverenliyinin və ərazi bütövlüyünün, həmçinin erməni xalqının sülh və demokratiya səylərinin dəstəklənməsində Fransanın əzmli olduğunu təsdiqləyib.

"Makron həmçinin beynəlxalq hüquqa və regionun bütün xalqlarının maraqlarına uyğun olaraq sülh müqaviləsinə tezliklə nail olmaq məqsədilə Ermənistan və Azərbaycan arasında danışıqları dəstəkləyib", - məlumatda qeyd olunub.

Seçilən
16
turan.az

1Mənbələr