AZ

Ağdamda da Müəllimlər Günü qeyd edildi -Fotolar

4 oktyabr 2024-cü il tarixdə Ağdam Muğam Mərkəzində Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir keçirilib.
Sitat.info Qafqazinfo”-ya əsasən xəbər verir ki, tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, müəllimlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçən vətən övladlarının və dünyasını dəyişmiş müəllimlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər ölkəmizdə müəllimlər gününün 1993-cü ildən qeyd edilməyə başlanmasından, Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə müəllim əməyini yüksək qiymətləndirməsindən, dövlət başçısı İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövr ərzində, təhsilin inkişafı ilə bağlı qarşıya qoyulmuş hədəflərin uğurla yerinə yetirilməsindən bəhs edib.
Tədbirin gedişində Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının müşayiəti ilə Respublikanın Əməkdar artisti Fehruz Səxavətin və kollecin müəllimlərinin ifasında rəngarəng musiqi nömrələri iştirakçılara təqdim edilib.
Sonda bir qrup təhsil işçisi Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov tərəfindən mükafatlandırılıb.

Seçilən
6
2
sitat.info

3Mənbələr