AZ

“Bir il ərzində Qəzzada xəstəxanalara 500-dən çox hücum edilib” – ÜST


“Qəzzada səhiyyə müəssisələrinə 7 oktyabr 2023-cü ildən bəri ən azı 516 dəfə hücum edilib, 765 nəfər həlak olub”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
“Səhiyyə sistemi təkrarlanan hücumlar və davam edən ləvazimat, dərman, yanacaq və personal çatışmazlığından ağır zərbə alıb. 2023-cü ilin oktyabr ayından Qəzzada səhiyyə müəssisələrinə ən azı 516 hücum edilib, nəticədə 765 nəfər ölüb”, - ÜST-nin işğal olunmuş Fələstin ərazilərində fövqəladə hallar qrupunun rəhbəri Ayadil Saparbekov Cenevrədə keçirilən brifinqdə deyib.
O qeyd edib ki, Qəzza zolağında xəstəxanaların yalnız yarısı, özü də qismən fəaliyyət göstərir. Mövcud xəstəxanalar 1,5 min çarpayılıqdır, həmçinin 10 sahə xəstəxanasında 650 çarpayıdan çoxu var.
Seçilən
6
1
yeniavaz.com

10Mənbələr