AZ

71 ölkədən 335 QHT COP29-da birgə addımları müzakirə edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



2024-cü il oktyabrın 4-də COP29 QHT Koalisiyasının hibrit formada növbəti "Zoom" görüşü keçirilib.
"Report" xəbər verir ki, görüşdə elan olunub ki, Koalisiyanın sıraları hər gün genişlənir, artıq dünyanın 71 ölkəsindən 335 QHT bu tərkibdə yer alır.
Koalisiyadakı 108 QHT, eyni zamanda, UNFCCC tərəfindən Müşahidəçi statusuna malik Həmfikir Qrupların (Constituency) üzvləridir.
Hibrit görüş zamanı Azərbaycanın irəli sürdüyü qlobal təşəbbüslər dünyanın aparıcı vətəndaş cəmiyyəti təmsilçiləri tərəfindən təqdirlə qarşılanıb. COP29 QHT Koalisiyası bir daha dünya dövlətlərini Azərbaycanın COP29 naminə Birgə Atəşkəs Çağırışına qoşulmağa çağırıb.
Görüşdə COP29 zamanı birgə əməkdaşlıq imkanları müzakirə olunub, ətraf mühit və gender məsələləri diqqətdə saxlanılıb, Avropa, Afrika və Asiya ölkələrindən spikerlər mövzular üzrə təqdimatlarla çıxış ediblər.
Qeyd edək ki, COP29 QHT Koalisiyasında ölkəmizi Azərbaycan Milli QHT Forumu təmsil edir. Koalisiya Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə yaradılıb.
Koalisiya müntəzəm əsasda hibrit görüşlər keçirir və fəaliyyətləri koordinasiya edir.
Seçilən
45
50
oxu.az

10Mənbələr