AZ

Azərbaycanın Rusiyadakı yeni səfiri Sergey Lavrovla görüşdü

Azərbaycan Respublikasının Rusiya Federasiyasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev oktyabrın 4-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov tərəfindən qəbul edilib. 

Korrespondent.az bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytı məlumat yayıb.

Qeyd olunub ki, nazir dost, Rusiyanın  strateji tərəfdaşı və müttəfiqi olan  dövlətin diplomatik nümayəndəliyinin rəhbərini səmimiyyətlə salamlayıb və ona fəaliyyətində uğurlar arzulayıb.

Sonra Rəhman Mustafayevin Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşü olub və səfir etimadnaməsinin surətlərini ona təqdim edib. 

Söhbət zamanı Rusiya-Azərbaycan münasibətlərinin mütərəqqi inkişaf etdiyi bildirilib, ikitərəfli gündəliyin bəzi aktual mövzuları müzakirə olunub. 

Dövlətlərarası təmasların ən yaxın dövr üçün cədvəli nəzərdən keçirilib.

Seçilən
6
11
korrespondent.az

10Mənbələr