AZ

Rumıniyada yenə Rusiyaya məxsus PUA qalıqları TAPILDI

Rumıniyada növbəti dəfə Rusiyaya məxsus pilotsuz uçuş aparatının (PUA) qalıqları tapılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rumıniya Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, PUA qalıqları Dunay deltasındakı Georgiyevski ağzından təxminən bir kilometr aralıda, Litzow kanalı ərazisində sərhədçilər tərəfindən aşkarlanıb.

Qeyd edilib ki, aşkar edilmiş qalıqlar hüquqi prosedurların tətbiq üçün ekspertizaya göndərilib.

Bizim.Media

Seçilən
24
bizim.media

1Mənbələr