AZ

Energetika naziri G20 Enerji Keçidi Nazirlər İclasında COP29-un təşəbbüslərindən danışıb (FOTO)

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazov Braziliyada G20-nin enerjikeçidi üzrə nazirlər iclasında Azərbaycan və Braziliyanın növbəti“Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr” dövrü üçün sıxəməkdaşlıq etdiyini, G20 çərçivəsində keçirilən tədbirlərin, habeləG20 Liderlər Sammitinin ambisiyaların artırılması və COP29-unnəticələrinin həyata keçirilməsində mühüm rolunu qeyd edib.

Bu barədə Trend-ə EnergetikaNazirliyindən bildirilib.

Nazir COP29 Sədrliyinin iqlim dəyişmələri ilə bağlı inkişafetməkdə olan ölkələrin artan maliyyə ehtiyaclarını ödəmək məqsədiləyeni kollektiv kəmiyyət hədəfinin razılaşdırılması və effektivkarbon bazarları vasitəsilə iqlimlə bağlı fəaliyyətingücləndirilməsi kimi prioritetlərindən bəhs edib.

Bildirilib ki, “Yaşıl Enerji üzrə Zona və Dəhlizlər”, “QlobalEnerji Saxlancları və Şəbəkələri”, “Hidrogen Bəyannaməsi”təşəbbüsləri dünyada enerji keçidini sürətləndirəcək:

“Enerji keçidi fərdi və kollektiv səylər tələb edən proses vəöhdəlikdir. Azərbaycan inklüzivliyə tam sadiqdir və COP29-un uğurluenerji nəticələrini təmin etmək üçün bütün maraqlı tərəflərləişləməyə hazırdır” - deyə nazir əlavə edib.

Energetika
Energetika
Seçilən
33
5
az.trend.az

10Mənbələr