AZ

Siçovul qaynaşan məkan bağlandı - VİDEO

Bakıda pirojki satılan yerdə vətəndaşlar iyrənc mənzərə ilə qarşılaşıblar.

Belə ki, metronun "Ulduz" stansiyasının yaxınlığında yerləşən "Zülfi Ustanın" obyektində bişirilib satılan qidaların üzərində siçanlar aşkarlanıb.

Day.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə də yayılıb.

Dönərxanada çalışanlar isə "bütün mətbəxlərdə siçan olur" deyərək vəziyyəti inkar ediblər.

Obyektin fəaliyyəti Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən məhdudlaşdırılıb və protokol tərtib edilib.

ХХХ

Bakıda pirojki satılan yerdə vətəndaşlar iyrənc mənzərə ilə qarşılaşıblar.

Day.Az unikal.az-a istinadən xəbər verir ki, bu barədə görüntülər metronun "Ulduz" stansiyasının yaxınlığında lentə alınıb.

Belə ki, ticarət obyektinə daxil olan siçovul pirojkini yeyərkən görüntülənib.

Həmin görüntüləri təqdim edirik:

Seçilən
17
day.az

1Mənbələr