AZ

Şəhid jurnalistlərin xatirə turnirində 1/4 oyunları bu gün başlayır - FOTO

Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həvəskar komandalardan ibarət 3-cü Ənənəvi Minifutbol Turnirində bu gün 1/4 oyunları  keçiriləcək.   Manset.az xəbər verir ki, 4 qrup üzrə mübarizədə növbəti mərhələyə vəsiqə qazanmış 8 komanda arasında oktyabrın 5-də 4 qarşılaşma baş tutacaq. Bakı Tennis Akademiyasında ilk görüş saat 20:00-da başlayacaq. Sahəyə C qrupunu lider tamamlayan “Ardanış” ilə D qrupunun ikincisi AzTv çıxacaq. Saat 21:00-da B qrupunun birincisi olan “Gənclər 2020” A qrupunun ikincisini –  “Veteranlar”ı sınağa çəkəcək. Saat 22:00-da A qrupunun birincisi “Turan”  B qrupunun ikincisi “Qoşabulaq” ilə mübarizə aparacaq. Saat 23:00-da isə D qrupunun lideri “Göyçə” ilə C qrupunda ikinci olan “Zəfər 44” komandaları qarşılaşacaq. Oyunları AFFA tərəfindən ayrılmış hakimlər idarə edəcəklər. OYUNLARIN CƏDVƏLİ 5 oktyabr 4/1 A1-B2 – 20:00 A2-B1 – 21:00 C1-D2 – 22:00 C2-D1 – 23:00“ 12 oktyabr YARIMFİNAL A1-C2 – 20:00 D2-B1 – 21:00 13 oktyabr 19:00 – 3-cü yer 20:00 – FİNAL-Bağlanış-Mükafatlandırma BOMBARDİRLƏR CƏDVƏLİ Xatırladaq ki, turnir hər birində 3 komanda olmaqla 4 qrupdan ibarətdir və  oktyabrın 18-dək başa çatacaq. Qruplar üzrə dairəvi sistemlə keçiriləcək mübarizə nəticəsində qrupda xal və top hesabına 1 və 2-ci yeri tutan komandalar 4/1-ə yüksələcək. Bu  oyunlarında iştirak edəcək 8 komandadan qalib gələn 4 komanda yarımfinala çıxacaq. Yarımfinalda A1-in qalibi C2-nin qalibi ilə, D2-nin qalibi ilə B1-in qalibi görüşəcək. Qruplar üzrə qalib komandalar FİNAL-da, məğlublar isə 3-cü yer uğurunda qarşılaşacaq. Oyunlar şənbə və bazar günləri saat 19:00, 20:00-da keçirilir. Oyunları AFFA-nın hakimləri idarə edir. Final oyunu isə oktyabrın 13-də baş tutacaq. Xatirə turnirində qalib komandalara, eləcə də “ən yaxşı oyunçu”, “ən çox qol vuran”, “nümunəvi komanda” nominasiyaları üzrə kubok, medal və hədiyyələr nəzərdə tutulub. TURNİR CƏDVƏLİ

 

Seçilən
20
manset.az

1Mənbələr