AZ

Parisin məkrli Qafqaz planı - SENSASİON GƏLİŞMƏ

Zurabişvilidən qorxunc proqnoz; seçkinin nəticələri Gürcüstanın sonu olacaq?

“Oktyabrın 26-da keçiriləcək seçkilərdən sonra ya Gürcüstan Avropa yoluna qayıdacaq, - əminəm ki, ondan sonra hadisələr çox sürətlə inkişaf edəcək və biz Ukrayna və Moldova ilə birlikdə ilk üçlükdə olacağıq, - ya da Gürcüstan olmayacaq”.

Turkustan.az xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili Parisdə “Buçaya kimi Abxaziya var idi” sənədli filminin nümayişindən əvvəl deyib.

Onun sözlərinə görə, ikinci halda bu, təkcə Gürcüstan üçün yox, onunla eyni istiqamətdə hərəkət edən və “gürcü körpüsü”nə ehtiyacı olan qonşu Ermənistan üçün də faciə olacaq. “Həmçinin Qafqaz üçün və Avropanın bu regionda təmsilçiliyi üçün faciə olacaq”, - gürcü prezident əlavə edib.

Bəllidir ki, Zurabişvili Fransaya güclü bağlılığı olan şəxsdir,həm də Fransa vətəndaşlığı var. Fransız dilini özünə faktiki ana dili sayan Salome Zurabişvilinin təlaşı nə dərəcədə əsaslı hesab oluna bilər? Doğrudanmı 26 oktyabr parlament seçkilərindən sonra qalib gələcəyi təqdirdə hazırkı hakim partiya “Gürcü arzusu” ölkəni Qərb kursundan uzaqlaşdıra və Gürcüstan məhvə sürüklənməklə yanaşı, region da yeni faciə ilə üzləşə bilər?

Rusiyanı bildik. Fransa, Qərb bölgəyə doğrudanmı inkişaf, əmin-amanlıq gətirmək istəyir? Zurabişvili şişirtmir ki? Yoxsa ən çox Fransa daxil, Qərbin bölgəyə təsirinin azalacağından və ya məkrli planının pozulacağından narahatdır?

Bu xüsusda onu da qeyd edək ki, oktyabrın 3-də Fransanın ciddi söz sahibi olduğu Avropa Parlamenti Cənubi Qafqaz ölkələri ilə əlaqələr üzrə nümayəndə heyətinin yeni sədri və iki sədr müavinini seçib. Müavinlərdən biri isə Fransa parlamentinin deputatı Natali Loizeaudur...

fikret.jpeg

Sabiq maliyyə naziri, professor Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, Gürcüstanda parlament seçkiləri öncəsi hökumətlə ciddi qarşıdurmada olan Prezident Salome Zurabişvilinin Avropada belə fikirlər səsləndirməsi təəccüb doğurmamlıdır. Çünki o, Gürcüstanda Qərbin təmsilçisidir və bu səbəbdən də söykənə biləcəyi yeganə yer də elə Qərbdir. Salome Zurabişvili Qərbin yolunda bu qədər canfəşanlıq edərkən Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin aqibətini göz önünə gətirsə heç də pis olmaz: “Mixail Saakaşvili də Prezident olduğu dönəmlərdə və digər vaxtlarda Qərbin əski Sovetlər məkanında ən sevimli siyasətçisi idi. ABŞ prezidenti Corc Buş Gürcüstana gəlib Saakişvilinin və gürcülərin qarşısında rəqs edirdi. Bəs sonra nə oldu? Saakaşvili artıq neçə ildir zindandadır. Gürcüstan zindanlarında çürüyən Saakaşvili heç Qərbin yadına belə düşmür. Qərbin gerçək sifəti budur! Ona görə də Qərbə heç zaman arxalanmaq, arxayın olmaq olmaz”.

Sabiq nazir qeyd etdi ki, Gürcüstanda 26 oktyabrda keçiriləcək seçkilərin necə nəticələnəcəyini bilmir. Lakin “seçkilərdə məğlubiyyət Gürcüstanın bir dövlət kimi sonu olacaq” demək Gürcüstanın prezidenti postunda oturmuş bir şəxsin siyasi cılızlığına dəlalət edir: “Gürcüstan prezidenti bu çağırışla da Qərbin Cənubi Qafqazda oynamaq istədiyi oyunların əsas fiqurlarından biri olmaq istədiyini demək istəyir.

Təəssüf ki, bu gün nə Gürcüstan prezidenti Salome Zurabişvili, nə də Ermənistan baş naziri Nikol Paşinyan Qərbin Cənubi Qafqaz “sevgisinin” əsl hədəflərini anlaya bilmirlər. Onlar düşünürlər ki, Qərbin məqsədi bölgəyə demokratiya, söz və insanazadlığı gətirməkdir. Əsla belə deyil! Qərb bu gün dünyada sürətlə gedən iqtisadi maraqların yenidən bölgüsü prosesində bu regiondan öz payını almaq uğrunda mübarizə aparır. Qərbin nə erməni, nə gürcü sevgisi var. Bunu hər iki ölkənin xalqı bilməlidir. Qərb dünyanın başqa yerlərində tükənmiş və itirilmiş maraqlarını bu regiondan müəyyən formada paylar qopartmaqla bərpa etməyə çalışır. Bu sırada daha çox canfəşanlıq edən də Afrikadan qovulmuş Fransadır. Bunların başlarına qoyduqları “demokratiya papağına” baxmaq lazım deyil, o papağın altındakı təfəkkür orta əsirlərin müstəmləkəçilik təfəkküründən uzağa gedə bilməyib".

Seçilən
8
2
turkustan.az

3Mənbələr