AZ

ABŞ miqrantlar üçün humanitar giriş proqramını uzatmayacaq

ABŞ administrasiyası miqrantlar üçün müvəqqəti humanitar giriş proqramını uzatmayacaq.

OXU24.COM xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Departamenti məlumat yayıb.

Kuba, Haiti, Nikaraqua və Venesueladan olan təxminən 530 min miqrant 2022-ci ilin oktyabrından ABŞ-a hava yolu ilə gəlib və yaxın həftələrdə başa çatacaq humanitar proqram çərçivəsində ikiillik qrantlar alıb.

Departamentdən verilən məlumata görə, Bayden administrasiyası bu proqramı miqrantlara ölkəyə qanuni şəkildə daxil olmaq imkanları təqdim etmək və eyni zamanda, ABŞ-Meksika sərhədindən qanunsuz keçidlərin sayını azaltmaq üçün başlatmışdı.

Seçilən
4
9
oxu24.com

10Mənbələr