AZ

Azərbaycan və Kolumbiya arasında konsulluq məsləhətləşmələri

Dünən Azərbaycan və Kolumbiya Xarici İşlər Nazirlikləri arasında video-konfrans formatında ilk konsulluq məsləhətləşmələri keçirilib.

Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə XİN-in Konsulluq idarəsinin rəisi Emil Səfərov, Kolumbiya nümayəndə heyətinə isə XİN-in Avropa idarəsinin rəisi Patrisiya Kortes Ortis rəhbərlik edib.

Azərbaycan XİN-in mətbuat xidmətinin məlumatına görə, konsulluq məsləhətləşmələri zamanı Kolumbiya ilə konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması imkanları barədə fikir mübadiləsi aparılıb.

Eyni zamanda, danışıqlar zamanı iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, miqrasiya və daxili işlər sahələrində əlaqələrin inkişaf etdirilməsi, rəsmi sənədlərin leqallaşdırılması və ya onlara apostilin verilməsinin rəqəmsallaşdırılması, iki ölkə vətəndaşlarının qarşılıqlı səfərlərinin sadələşdirilməsi barədə müzakirələr aparılıb.

Seçilən
8
20
turan.az

10Mənbələr