AZ

Qaxda avtomobil çökəkliyə düşüb: Xəsarət alan var

Qaxda minik avtomobili yol kənarındakı çökəkliyə düşüb, xəsarət alan var.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə səhər saatlarında rayonun Qıpçaq kəndi ərazisində baş verib. 1988-ci il təvəllüdlü Qax rayonu İngiloy Kötüklü kənd sakini Berikaşvili Slava Maksimoviç idarə etdiyi Nissan markalı avtomobillə hərəkətdə olarkən maşın idarəetmədən çıxaraq yolun kənarındakı çökəkliyə düşüb.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan S. Berikaşvili Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.

"Cebheinfo.az"

Seçilən
8
6
cebheinfo.az

10Mənbələr