AZ

"Barselona"nın futbolçusu qışda klubdan ayrılabilər

İspaniyanın "Barselona" klubunun yarımmüdafiəçisi Ansu Fati qış "transfer pəncərəsi"ndə komandadan ayrıla bilər.

Redaktor.az "Sport.es"ə istinadən xəbər verir ki, kataloniyalılar ispaniyalı futbolçu üçün icarə təkliflərini nəzərdən keçirməyə hazırlaşır.

Baş məşqçi Hans-Diter Flik 21 yaşlı oyunçunun xidmətlərindən yararlanmaq istəsə də, onun mövsümün əvvəlində zədələnməsi və məşqlərdən kənarda qalması planları dəyişib.

Qeyd edək ki, Fati ötən mövsümün böyük hissəsini icarə əsasında İngiltərənin “Brayton” klubunda keçirib. O, Premyer Liqada 19 matçda 2 qol vurub.

Seçilən
13
6
redaktor.az

7Mənbələr