AZ

Zəngilanda yeni yaşayış kompleksi belə olacaq - Foto

Zəngilan şəhərində beşinci yaşayış kompleksinin layihə görüntüləri yayılıb.

QAZÌLER.AZ  Axar.az-a istinaden  xəbər verir ki, görüntüləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev rəsmi sosial şəbəkə hesabında paylaşıb.

Qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 3-də Zəngilan şəhərində beşinci yaşayış kompleksinin təməlini qoyub. Yaşayış kompleksi şəhərin mərkəzi hissəsində, orta sıxlıqlı və çoxfunksiyalı zonada yerləşir.

Yaşayış məhəlləsi 5 hektar ərazini əhatə edir. Burada binalar 3, 4, 5 və 6 mərtəbədən ibarət olacaq. Ümumilikdə bu yaşayış kompleksində 334 mənzilin inşası nəzərdə tutulub.

Seçilən
3
49
qaziler.az

10Mənbələr