AZ

ABŞ-da "Helen" qasırğası nəticəsində həlak olanların sayı 200-ə yaxınlaşıb

Bakı. Trend:

ABŞ-da "Helen" qasırğası nəticəsində həlak olanların sayı 183-əçatıb, onlardan 90-dan çoxu Şimali Karolinada həyatını itirib.

Bu barədə Trend NBC-yəistinadən xəbər verir.

ABŞ-nin daxili təhlükəsizlik naziri Alexandro Mayorkasınınsözlərinə görə, qasırğadan sonra şəhərlərin bərpası illərlə davamedəcək və milyardlarla dollara başa gələcək.

Qeyd olunub ki, ABŞ prezidenti Co Bayden "Helen" qasırğasınınvurduğu dağıntıları havadan müşahidə etmək üçün Şimali və CənubiKarolinaya səfər edib. Dövlət başçısı Müdafiə Nazirliyinə təlimatverərək zərər çəkmiş bölgələrə təxminən 1000 hərbçi göndərməyitapşırıb. Bu hərbçilər ehtiyatların, ərzaq və suyun çatdırılmasındakömək edəcəklər.

Seçilən
17
2
az.trend.az

3Mənbələr