AZ

Zəngilanda yeni yaşayış kompleksinin layihə görüntüləri yayılıb

Zəngilan şəhərində beşinci yaşayış kompleksinin layihə görüntüləri yayılıb.

“Report” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev rəsmi sosial şəbəkə hesabında paylaşıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də Zəngilan şəhərində beşinci yaşayış kompleksinin təməlini qoyub. Dövlətimizin başçısına kompleks barədə məlumat verilib.

Qeyd olunub ki, yaşayış kompleksi şəhərin mərkəzi hissəsində, orta sıxlıqlı və çoxfunksiyalı zonada yerləşir. Kompleksin ərazisi məktəb və uşaq bağçası, Zəngilan Konqres Mərkəzi və şəhər parkının yaxınlığında yerləşir.

Yaşayış məhəlləsi 5 hektar ərazini əhatə edir. Burada binalar 3, 4, 5 və 6 mərtəbədən ibarət olacaq. Ümumilikdə bu yaşayış kompleksində 334 mənzilin inşası nəzərdə tutulub.

Seçilən
8
49
far.az

10Mənbələr