AZ

Əvəzedicilər: “Neftçi” qalib gəldi, “Qarabağ”la “Zirə” uduzdu

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında bu gün 9-cu tura start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

Üç qolun qeydə alındığı “Kəpəz”lə “Neftçi”nin əvəzediciləri arasındakı oyunda son çempion paytaxt təmsilçisi sevinən tərəf olub.

“Turan Tovuz”un ikinci komandası “Zirə”nin əvəzediciləri ilə ev oyununda darmadağına imza atıb. “Sumqayıt”ın əvəzediciləri də “Qarabağ”ın ikinci komandası ilə görüşdən inamlı qələbə ilə ayrılıb.

9-cu turun qalan iki görüşü bazar gününə təsadüf edəcək.

Əvəzedicilər Liqası
9-cu tur
5 oktyabr

“Turan Tovuz-2” – “Zirə-2” 4:1
Qollar: Cavid Qasımov, 20. Elçin Qasımov, 45+2; 56; 70 – Əmirhüseyn Qomar, 90+4.
Hakimlər: Nicat İsmayıllı, Rəhman Aslanov, Vüqar Bayramov, Sərxan İsmayılov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Tovuz şəhər stadionu, 14:00.

“Kəpəz-2” – “Neftçi-2” 1:2
Qollar: Nicat Məmmədov, 57 – Cavanşir Şahbazlı, 10. İbrahim Novruzov, 45+1.
Hakimlər: Əkbər Əhmədov, Asiman Əzizli, Teymur Teymurov, Nazim Abdullayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 15:00.

“Sumqayıt-2” – “Qarabağ-2” 2:0
Qollar: Xəyal Ələkbərov, 21-öz qapısına. Nihad Əliyev, 76-öz qapısına.
Hakimlər: Fərid Hacıyev, Eyyub İbrahimov, Kərim Zeynalov, Səbuhi Bayramov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.

6 oktyabr

“Səbail-2” – “Şamaxı-2”
Hakimlər: Rauf Allahverdiyev, Tərlan Talıbzadə, Gülnurə Əkbərzadə, Murad Səlimov.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Asif Əliyev.
“Bayıl Arena”, 15:00.

“Sabah-2” – “Araz-Naxçıvan-2”
Hakimlər: Elvin Bayramov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Mahmud Bağırzadə.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Bakı. “ASK Arena”, 16:00.

Seçilən
14
1
arena.az

7Mənbələr