Hacıqabulda baş verən qəzada 2 nəfər ağır yaralanıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“Peugeot” markalı avtomobil “Kamaz” markalı yük avtomobilinə çırpılıb.
Qəza nəticəsində iki nəfər kəllə-beyin travması ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib.
Faktla bağlı araşdırma aparılır.