AZ

Bundesliqa: Dortmund "Borussiya"sı uduzdu, çempion büdrədi

Almaniya Bundesliqasında 6-cı turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, bu gün 5 qarşılaşma reallaşıb.

Son çempion “Bayer Leverkuzen” evdə “Holştayn”ı yenə bilməyibsə, Dortmund “Borussiya”sı səfərdə “Union Berlin”ə uduzub. 

“Boxum” – “Volfsburq”, “Verder” – “Frayburq” və “Sankt Pauli” – “Maynts” görüşlərində qonaqlar qələbə qazanıblar.

Almaniya Bundesliqası
6-cı tur
4 oktyabr

Auqsburq Borussiya (Mönhenqladbax) 2:1
Qollar: Şlotterbek, 39. Klod-Maurise, 65 – Klayndienst, 72.

5 oktyabr

Bayer Leverkuzen Holştayn 2:2
Qollar: Bonifase, 4. Hofmann, 8 – Qeşvill, 45+5. Arp, 69-pen.

Boxum Volfsburq 1:3
Qollar: Boadu, 72 – Tomas, 21. Vind, 37.

Union Berlin Borussiya (Dortmund) 2:1
Qollar: Voqt, 26-pen. Vertessen, 45 – Ryerson, 62.

Verder Frayburq 0:1
Qol: Doan, 75.

Sankt Pauli Maynts 0:3
Qollar: Burkardt, 5; 62. Sieb, 16. 

6 oktyabr

17:30. Haydenhaym – Leyptsiq
19:30. Ayntraxt – Bayern Münhen
21:30. Ştutqart – Hoffenhaym

Seçilən
15
fanat.az

1Mənbələr