AZ

Şağanda kişi qonşularını bıçaqlayıb, ölən və yaralılar var

Bakıda üç nəfər bıçaqlanıb.

“Far.Az”un məlumatına görə, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb.

Belə ki, 1976-ci il təvəllüdlü Qurban Məlikov, onun həyat yoldaşı 1982-ci il təvəllüdlü Könül Qurbanova və oğlu 2003-cü il təvəllüdlü Məzahir Qurbanov Şağan qəsəbəsinin Hacı İsgəndərov küçəsində yaşadıqları evdə bıçaqlanıblar.

Qurban Məlikov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Digər yaralı şəxslər xəstəxanaya çatdırılıb.

“Far.Az”un əldə etdiyi məlumata görə, hadisəni Qubanovlar ailəsinin qonşusu törədib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
2183
3
far.az

3Mənbələr