AZ

Tramp: ABŞ öz vətəndaşlarına kömək etmək əvəzinə başqa ölkələrə milyardlar ayırır

Amerika hakimiyyəti başqa ölkələrə on milyardlarla dollar ayırır, lakin Helen qasırğasının nəticələrindən zərər çəkmiş öz vətəndaşlarına adekvat yardım göstərə bilmir. Bu sözləri Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp deyib.

"Onlar evləri su altında qalan insanlara 750 dollar təklif edirlər. Eyni zamanda, biz ABŞ vətəndaşlarının əksəriyyətinin heç eşitmədiyi ölkələrə on milyardlarla dollar veririk", - Tramp bəyan edib.

Oktyabrın 1-də Daxili Təhlükəsizlik Naziri Alejandro Mayorkas ABŞ-ı vuran Helen qasırğasının nəticələrinin aradan qaldırılması prosesinin illər çəkəcəyini və son dərəcə bahalı olacağını açıqlayıb. Oktyabrın 5-də CNN telekanalı qasırğanın nəticələrindən ölənlərin sayının 227-yə çatdığını bildirib.Moody's Analytics maliyyə şirkətinin ekspertlərinin fikrincə, Helendən dəyən iqtisadi zərər təxminən 34 milyard dollar təşkil edəcək.

Oxuməni.az

Seçilən
32
3
oxumeni.az

2Mənbələr