Bakı sakinləri oktyabrın 6-10-da meteor yağışını müşahidə edə biləcəklər.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Bakı Dövlət Universiteti yayıb.
Ali təhsil ocağından bildirilib ki, Drakonid meteor yağışının pik həddi 8 oktyabra təsadüf edəcək.
Məlumata görə, paytaxt sakinlərinin meteor yağışını gecə boyu müşahidə etmək imkanı olacaq.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta