AZ

Almaniyadan Ukrayna üçün QORXULU PROQNOZ - Bu qış nə baş verə bilər?

"Uqledarın itirilməsi Rusiya Silahlı Qüvvələrinə bu qış Donetskin bütün ərazisini azad etmək imkanı açır".

Referans.az xəbər verir ki, bu fikri Almaniya Bundesverinin istefada olan polkovniki Ralf Tiele "Focus.Online" üçün yazdığı məqalədə bildirib.

Keçmiş polkovnikin sözlərinə görə, Uqledarın ələ keçirilməsindən sonra rus qoşunları Donbassda, o cümlədən Krasnoarmeysk istiqamətində də hücumlarını davam etdirirlər ki, bu da böyük strateji əhəmiyyət kəsb edir.

“Ruslar yaxınlıqdadır və hücum mövqelərini gücləndirirlər. Krasnoarmeysk da yəqin ki, uzun müddət saxlanıla bilməyəcək”, - hərbi ekspert bildirib.

Tielenin sözlərinə görə, hazırkı reallıqda Ukrayna Silahlı Qüvvələri uzunmüddətli müdafiəyə keçməyə məcburdurla. Keçmiş polkovnik vurğulayıb ki, hazırkı hərbi əməliyyatlar kontekstində Ukrayna daha ​​şiddətli mübarizə aparmalıdır.

"O ki qaldı Rusiyanın ələ keçirdiyi ərazilərin öz nəzarəti altına qaytarılmasına, bu perspektiv daha da uzaqlaşıb", - Tiele qeyd edib.(Publika.az)
Seçilən
11
5
referans.az

10Mənbələr