AZ

İsrail ordusu Qəzzanın şimalında yeni əməliyyata başladığını açıqlayıb

İsrail ordusu Fələstinin "HƏMAS" hərəkatının silahlı qruplarına qarşı gecə saatlarında Qəzza zolağının şimalındakı Cəbəliyə qaçqın düşərgəsində əməliyyata başlayıb.

Day.Az-ın məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

Məlumata əsasən, əməliyyat zamanı onlarla hədəflərə zərbələr enndirilib.

"İsrail Müdafiə Qüvvələri tərəfindən alınan qabaqcadan kəşfiyyat məlumatlarına, hazırkı vəziyyətin qiymətləndirilməsinə və Qəzza zolağının şimalındakı Cəbəliyə bölgəsində terrorçuların və terror infrastrukturunun olduğunu göstərən İsrail ordusunun səhra əməliyyatlarına əsasən, eləcə də HƏMAS-ın bölgədəki əməliyyat imkanlarını bərpa etmək səyləri fonunda, 162-ci Diviziya bu gecə, bazar günü Cəbəliyə bölgəsində fəaliyyətə başlayıb", - deyə qeyd olunub.

Seçilən
10
1
day.az

2Mənbələr