AZ

"Arsenal" 400-ə çatdı - "Topçular" Premyer Liqa tarixində bunu bacaran 2-ci komandadır

Londonun "Arsenal" klubu İngiltərə Premyer Liqasının son turunda "Sauthempton"u məğlub edib (3:1). 

Fanat.Az xəbər verir ki, hesabda geri düşən, sonradan 58, 68 və 88-ci dəqiqələrdə uyğun olaraq, Kay Havertz, Qabriel Martinelli və Bukayo Sakanın qolları ilə "kam-bək" edən   Mikel Artetanın komandası tarixi qələbə qazanıb. 

"Squawka"-nın məlumatına görə, "Arsenal"ın tarixi ərzində Premyer Liqada 400-cü ev qələbəsinə sevinib. "Topçular"dan əvvəl bu rəqəmə yalnız bir klub çatıb - "Mançester Yunayted". 

Cari çempionatın yeddi turundan sonra "Arsenal" 17 xalla "Liverpul"dan bir xal geri qalaraq turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. “Mançester Siti” londonluları yalnız vurduğu qolların sayının çoxluğuna görə qabaqlayır.

Mirağa

Seçilən
14
fanat.az

1Mənbələr