AZ

2-ci ordu korpusunun komandiri dəyişdi, Mayis Bərxudarov sərəncama götürüldü

Azərbaycan Ordusunda mühüm kadr dəyişikliyi olub.

"Unikal"ın əldə etdiyi məlumata görə, general-mayor Quliyev Vilayət Bərxuda oğlu 2-ci ordu korpusuna komandir təyin olunub.

Qeyd edək ki, həmin korpusun komandiri general-leytenant Mayis Bərxudarov idi. Mayis Bərxudarov sərəncama götürülüb.

Xatırladaq ki, Vilayət Quliyevin 44 günlük Qarabağ savaşında rəhbərlik etdiyi hərbi hissə Füzuli, Cəbrayıl, Hadrut istiqamətində bir çox yaşayış məntəqələrini işğaldan azad edib.

Prezident İlham Əliyevin 25 iyun 2024-cü il tarixli Sərəncamı ilə Vilayət Bərxuda oğlu Quliyevə general-mayor ali hərbi rütbəsi verilib.

Seçilən
8
48
musavat.com

10Mənbələr