AZ

Elektromobillərin enerji qurğularının idxalı və satışı - DAHA 2 İL VERGİDƏN AZAD OLACAQ

Elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışının əlavə dəyər vergisindən (ƏDV) azadolma müddəti daha 2 il uzadılır.

Xaricdən gətirilən elektromobillər 2,2 min manat ucuzlaşıb - RƏQƏMLƏR

FED.az xəbər verir kİ, bu Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Elektrikli avtomobillər doğrudanmı göstərilən qədər yol gedir? - MARKALAR, SİYAHI – ARASDIRMA

Hazırda qüvvədə olan qanuna əsasən, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azaddır. Bu müddət 2025-ci ilin əvvəlindən başa çatmalıdır.

Elektromobil və hibrid avtomobilləri təmir edən peşəkar ustalar varmı? – ARAŞDIRMA - VİDEO

İndi isə Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə görə, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışının ƏDV-dən azadolma müddəti 2025-ci il yanvarın 1-dən daha 2 il müddətinə uzadılacaq (APA).

Benzin maşınları sürətlə gözdən düşür: Ölkəyə gətirilən hər 4 maşından 1-i - HİBRİD VƏ YA ELEKTRİKDİR

Seçilən
30
37
fed.az

10Mənbələr