AZ

Azərbaycanın GÜLLƏ atıcısı DÜNYA ÇEMPİONU oldu


Azərbaycanın güllə atıcısı İmran Qarayev Perunun Lima şəhərində keçirilən gənclər arasında dünya çempionatının qızıl medalını qazanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Atıcılıq Federasiyasından məlumat verilib.

Bildirilib ki, 50 metr məsafəyə atəş açmada idmançımız finalda 552 xalla Rumıniya təmsilçisini geridə qoyaraq mundialın qalibi olub.

Qeyd edək ki, yarış oktyabrın 7-də başa çatacaq.


Seçilən
13
22
nuh.az

10Mənbələr